Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub.

Həftə ərzində görülən işlər haqqında məlumat dinlənilib. İsa Qəmbər “Cənubi Qafqaz: regional təhlükəsizlik problemləri” mövzusunda Tiflisdə keçirilən beynəlxalq konfransda iştiraki barədə məlumat verib.

Konstitusiyada təsbit olunmuş sərbəst toplaşma hüququnun pozulmasına etiraz olaraq iyulun 11-də saat 12.00-da Bakı şəhər İH-nin binası qarşısında piket keçirilməsi qərara alınıb.

Seçkilərə hazırlığın gedişi barədə geniş fikir mübadiləsi aparılıb.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 07 iyul 2008-ci il, Bakı