İsa Qəmbər NDI təmsilçisi ilə görüşüb

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında Amerika Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə ölkə direktoru Arien de Volffla görüşüb.

Görüş zamanı ölkədə mövcud ictimai-siyasi şərait, Müsavat Partiyasının 15 oktyabr 2008-ci ildə keçiriləcək Prezident seçkisində iştirakdan imtinası və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb
.
Müsavat Partiyası ilə Amerika Milli Demokratiya İnstitutunun əlaqələri və əməkdaşlıq perspektivləri haqqında müzakirələr aparılıb.

Görüşdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da iştirak edib.

isagambar.az, 07 avqust 2008-ci il, Bakı