Müsavat Partiyasının bəyanatı

Son günlər Gürcüstanın Cənubi Osetiya bölgəsində vəziyyət yenidən gərginləşmişdir. Bölgədən gələn xəbərlər təsdiq edir ki, burada müxtəlif qoşun növlərinin iştirakı ilə əsil döyüşlər gedir və insan tələfatı var. Rusiya sülhməramlı qüvvələrinin bölgədə separatçıların dəstəklənməsinə yönəlmiş hərəkətləri bu gərginliyin yaranmasında əsas səbəblərdən biridir.

Ümidvar olduğumuzu bildiririk ki, beynəlxalq qurumlar, ilk növbədə BMT Təhlükəsizlik Şurası yaranmış vəziyyətə adekvat qiymət verəcək, problemlərin beynəlxalq hüquq normaları və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasına dəstək verəcək.

Biz demokratik Gürcüstanın öz əraziləri üzərində suverenliyini bərpa etmək məqsədi ilə siyasi iradə ortaya qoymasını anlayışla qarşılayırıq.

isagambar.az, Bakı, 8 avqust 2008-ci il