Müsavat Məclisinin növbəti toplantısı
Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Toplantının
gündəliyi aşağıdakı şəkildə olmuşdur:
1. Azərbaycan Respublikasında 15 oktyabr 2008-ci ildə keçirilən Prezident
seçkilərinin nəticələri haqqında.
2. Azərbaycanda seçkisonrası vəziyyət və partiyanın vəzifələri.
3. Ermənistan-Azərbaycan konfliktinin həlli Cənubi Qafqazda yaranmış yeni
şəraitdə.
4. Cari məsələlər.
Gündəlikdə olan məsələlərlə bağlı partiyanın başqanı İsa Qəmbər, Məclisin sədri
Sülhəddin Əkbər və Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məruzə ilə çıxış
ediblər. Müzakirələrdən sonra Məclis 15 oktyabr 2008-ci il Prezident
seçkilərinin nəticələri haqqında yekun rəy sənədini, seçkisonrası dövr üçün
partiyanın fəaliyyət istiqamətləri və Ermənistan-Azərbaycan konfliktinin həlli
üçün yeniləşdirilmiş “Uğur” paketini qəbul edib.
2009-cu ildə ulu öndər M. Ə. Rəsulzadənin anadan olmasının 125 illik yubileyinin
tamam olması ilə əlaqədar Məclis 2009-cu ili “M. Ə. Rəsulzadə ili” elan edilməsi
və bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi haqqında
qərar qəbul
edib.
Yığıncağın sonunda cari məsələlər müzakirə edilib.
isagambar.az, 08 noyabr 2008-ci il, Bakı