Müsavat Partiyasının bəyanatı

Demokratik Gürcüstanın Cənubi Osetiyadakı separatist qüvvələrin provokasiyalarına son qoymaq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək cəhdləri Rusiyanın müqaviməti ilə qarşılaşmışdır. “Bölgədə sülhü bərpa etmək” bəhanəsi ilə silahlı qüvvələri müstəqil bir dövlətin - Gürcüstanın ərazisinə təcavüz edən Rusiya beynəlxalq hüquq normalarını kobud surətdə pozmuşdur. Rusiya aviasıyasının yalnız münaqişə bölgəsində deyil, Gürcüstanın bütün ərazisində kəşfiyyat, hücum və bombardman həyata keçirməsi Moskvanın əsl niyyətlərindən xəbər verir.

Çoxsaylı dagıntı, tələfat və humanitar fəlakətlə müşaiyət olunan gerçək müharibə şəraiti beynəlxalq birliyin qətiyyəli və təcili addımlar atmasını zəruri edir. Müharibənin dayandırılması, məsələnin Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması təmin edilməlidir.

Müsavat Partiyası Azərbaycan hakimiyyətini müttəfiq dövlət olan Gürcüstana tam mənəvi, siyasi və humanitar dəstək vermək üçün tələb olunan bütün addımları atmaga çagırır.

isagambar.az, Bakı, 9 avqust 2008-ci il