Gürcüstandakı Azərbaycan səfirliyi ilə söhbət
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbərlə Gürcüstanın Azərbaycandakı səfirliyinin diplomatları arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər yaranmış vəziyyət barədə fikir mübadiləsi aparmışlar. İsa Qəmbər Müsavat Partiyasının demokratik Gürcüstanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək cəhdlərini dəstəklədiyini, eləcə də Rusiyanın Gürcüstana təcavüzündən narahatlığını ifadə edib. İsa Qəmbər Müsavat Partiyasının Azərbaycan hakimiyyətini müttəfiq Gürcüstana və qardaş gürcü xalqına tam mənəvi, siyasi və humanitar dəstək verməyə çağırdığını bəyan edib.
isagambar.az, 09.08.2007, Bakı