Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı olub. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. “Azadlıq” qəzetinin Baş redaktoru Qənimət Zahidin qanunsuz həbsi və 4 illik həbs cəzası ilə bağlı fikir mübadiləsi aparılıb və etiraz bəyanatı qəbul edilib (bəyanatın mətni əlavə olunur).

Sonra seçkilərə hazırlıqla bağlı müzakirələr davam etdirilib. Qeyd olunub ki, seçkilər yaxınlaşdıqca hakimiyyət azad və ədalətli seçkilər keçirilməsi üçün lazım olan konkret addımlar atmaq əvəzinə seçkiləri saxtalaşdırmağa hazırlaşır. Seçki komissiyalarının paritet əsaslarda yenidən qurulması, vətəndaşların sərbəst toplaşmaq hüququnun təmin edilməsi sahəsində beynəlxalq təşkilatların, eləcə də ölkə ictimaiyyətinin və müxalifətin haqlı tələbləri yerinə yetirilmir. Söz və mətbuat azadlığı sahəsində vəziyyət gündən-günə pisləşməkdə davam edir. Müsavat Partiyası bütün bunları nəzərə alaraq azad və ədalətli seçkilər keçirilməsi üçün zəruri addımlar atılmasını, o cümlədən, qanunvericilik sahəsində müvafiq qərarlar qəbul edilməsini tələb edir.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 10 mart 2008-ci il, Bakı