MÜSAVATÇILAR SƏRBƏST BURAXILDILAR.
ARİF HACILI: «MÜLKİ ŞƏXSLƏR POLİSLƏRİN GÖZÜ QARŞISINDA AKSİYAÇILARA ZOR
İŞLƏDİRDİLƏR»
Müsavat Partiyasının bu gün Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında
keçirmək istədiyi piketdə saxlanılaraq 9-cu polis bölməsinə aparılanların hamısı
sərbəst buraxılıb.
Onlardan biri - Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «Media
forum» saytına deyib ki, bölmənin rəhbərliyi ilə söhbətdə tutulanların ikisinin
jurnalist olduğunu və onların aksiya zamanı ancaq peşə borclarını yerinə
yetirdiklərini bildirsələr də, jurnalistləri də digərləri ilə birgə üç saata
yaxın bölmədə saxlayıblar. Bölmədə protokol tərtib olunub və tutulanlar
xəbərdarlıq aldıqdan sonra buraxılıblar.
«İstefa» şüarı səsləndirdikləri üçün mülki geyimlilərin hücumu zamanı fiziki
təzyiqə məruz qalan Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslıya
gəldikdə, A.Hacılı onun o qədər də ciddi xəsarət almadığını deyib: «Ən maraqlısı
odur ki, həmin mülki şəxslər polis əməkdaşlarının gözü qarşısında aksiya
iştirakçılarına zor işlədirdilər. Biz mülki şəxslərin prosesdə iştirakının
tamamilə qanunsuz olduğunu bölmə rəisinin diqqətinə çatdırdıq».
Müsavatın aksiyası zamanı saxlanılan iki jurnalist - «Yeni Müsavat» qəzetinin
əməkdaşı Əfqan Muxtarlı və müstəqil jurnalist Mustafa Hacıbəyli olub. Tutulan
digər şəxslərin siyahısı isə belə olub: Arif Hacılı, Tofiq Yaqublu, Hüseyn
Məlik, Fəxrəddin Abbas, Murad Kərimov, Əli Quliyev, Bəxtiyar Tarıyev, Ramin
Baxışov, Əhəd Məmmədli.
Bugünkü piketdə müsavatçıların məqsədi mayın 4-nə və 18-nə planlaşdırdıqları
mitinqə müvafiq yer ayrılmamasına etiraz etmək olub.
«Media forum», 11 iyul 2008, Bakı
http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20080711033805249
В Баку разогнана акция протеста оппозиции.
Активисты партии "Мусават" предприняли попытку провести пикет перед Бакинской
мэрией в связи с регулярными отказами городских властей санкционировать митинги
оппозиции. Однако полиция не позволила оппозиционерам собраться. Участников
акции стали задерживать и сажать в снятые с городских маршрутов микроавтобусы.
Лица в штатском избили двух молодых людей, скандировавших лозунги «В отставку!»,
«Долой клановый режим!». Избивавшие закрывали руками объективы видеокамер
журналистов, чтобы репортеры не могли зафиксировать насилие.
Представитель Сабаильского районного управления полиции Кямал Велишев заявил
журналистам, что полиция лишь "отдалила от здания мэрии 6-7 человек». Однако
активист партии «Мусават» Мустафа Гаджибейли успел позвонить по телефону из
отделения полиции и сообщить о задержании 13 человек.
Вот уже больше года мэрия Баку отказывается санкционировать митинги оппозиции в
центре города и предлагает проводить их на окраине столицы, -
Корреспондент Радио Свобода Фарид Арифоглу. 11.07.2008 16:14
http://www.svobodanews.ru/news/2008/07/11.html?id=455788
