MÜSAVAT BAŞQANI ATƏT-in MÜŞAHİDƏ MİSSİYASININ RƏHBƏRİ İLƏ GÖRÜŞÜB

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında 15 oktyabr 2008-ci il seçkiləri üzrə ATƏT-in Seçkiləri Müşahidə Missiyasının rəhbəri səfir Boris Frlets ilə görüşüb.

Görüşdə seçkiqabağı şərait, ölkənin siyasi qüvvələrinin bu seçkiyə münasibəti, ATƏT-in Müşahidə Missiyasının məqsədləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, ATƏT-in müşahidə missiyası başçısının müavini Stefan Krause, Siyasət üzrə təhlilçi Rafael Mətyu iştirak edib.

11.09.2008, isagambar.az. Bakı