Müsavatçı gənclər Rusiya səfirliyi önündə
saxlanıldı
Bu gün saat 12.00-da Müsavat Partiyası Gənclər Təşkilatının təşəbbüsü ilə
Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirilmişdir. Piket
iştirakçıları Rusiya qoşunlarının Gürcüstana hərbi müdaxiləsini və bunun
nəticəsində bir sıra şəhərlərin və obyektlərin bombalanması və çoxlu sayda dinc
əhalinin həlak olmasına etiraz edən şüarlar səsləndirmişlər. Polis piketçilərin
hərəkətlərinin qarşısını almağa çalışmış və nəticədə 4 nəfər Müsavat
Partiyasının üzvü, 1 nəfər isə ADP fəalı tutularaq polis bölməsinə aparılmışdır.
Tutulanlara qarşı polis zorakılıq tətbiq etmişdir. 2 saat polis bölməsində
saxlanılan piketçilər sonradan azadlığa buraxılmışlar.
isagambar.az, 11.08.2008, Bakı