Respublikaçılarla görüş

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın mərkəzi qərargahında Beynəlxalq Respublikaçılar İnstitutunun Vaşinqton mərkəzinin məsul əməkdaşı Ceffri Lilley və Bakı ofisinin direktoru Ceyk Consla görüşüb.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi vəziyyət, həm də demokratiya və insan haqları ilə bağlı problemlər diqqət mərkəzində olmuşdur.

Tərəflər Müsavat Partiyası ilə BRİ-nin əlaqələrinin yeni mərhələdə daha intensiv davam etməsi imkanları ilə əlaqədar da fikir mübadiləsi aparmışlar.

isagambar.az, 12 dekabr 2008-ci il, Bakı