Rusiya nümayəndə heyətilə görüş
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın mərkəzi
qərargahında Rusiya Federasiyasının “Alfa Fellowship Proqram” beynəlxalq
mərkəzinin 14 nəfərdən ibarət heyət üzvləri ilə görüşüb.
Görüş zamanı bir sıra qlobal və regional proseslər, həmçinin Ermənistan -
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkədə mövcud olan ictimai-siyasi vəziyyət
barədə fikir mübadiləsi aparılmışdır.
Partiyanın başqanı ABŞ, Rusiya və Avropa ölkələrindən olan proqram
iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirmişdir.
isagambar.az, 13 dekabr 2008-ci il, Bakı