İsa Qəmbər AB-nin siyasi məsləhətçisi ilə görüşdü

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında Avropa Birliyi Şurası Baş Katibliyinin siyasi məsləhətçisi, xanım Kler Delessardla görüşüb.

Görüşdə Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər kontekstində ölkəmizdəki mövcud siyasi vəziyyət, o cümlədən, seçkiqabağı şərait, söz azadlığı, seçki qanunvericiliyi və digər sahələrdəki problemlər barədə fikir mübadiləsi aparılıb.

Bakı, 14 may 2008-ci il