İsa Qəmbər respublikaçılarla görüşdü

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında Amerika Beynəlxalq Respublikaçılar İnstitutunun Cənubi Qafqaz üzrə Proqram direktoru Maykl R. Drukmanla görüşüb.
Görüş zamanı Müsavat Partiyası ilə İRİ-ın əlaqələrinin hərtərəfli inkişafı, xüsusilə seçki kampaniyası dövründə bu iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə ölkəmizdəki mövcud siyasi vəziyyət, o cümlədən, seçkiqabağı şərait, söz azadlığı, seçki qanunvericiliyi və digər sahələrdəki problemlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və İRİ-ın Bakı ofisinin rəhbəri Ceyk Cons iştirak edib.

Bakı, 14 may 2008-ci il