İsa Qəmbər ABŞ-ın Beynəlxalq
Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Ceyk Consla görüşüb
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün partiyanın qərargahında ABŞ-ın
Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Ceyk Consla
görüşmüşdür.
Görüş zamanı tərəflər Azərbaycanda və ABŞ-da keçən prezident seçkiləri, bu
seçkilərdən sonrakı proseslər barədə fikir mübadiləsi aparmışlar.
Görüşdə həmçinin Müsavatla BRİ arasında əməkdaşlığın davam etdirilməsi və
genişləndirilməsi da müzakirə edilmişdir.
isagambar.az, 14 noyabr 2008-ci il, Bakı