İSA QƏMBƏR ALMANİYAYA GETDİ
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər Almaniyaya yola düşür. Berlində
Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondunun və ABŞ-ın Marşall Fondunun
təşkil edəcəyi konfransda iştirak etmək üçün dəvət olunan İsa Qəmbər “Cənubi
Qafqaz: geopolitik maraqlar və çoxtərəfli təhlükəsizlik”, “Cənubi Qafqaz və
Avropa Birliyi arasında əlaqələr”, “Postsovet məkanında demokratikləşmə və
avtoritarizm meyllərinin mübarizəsi” və s. mövzularla bağlı diskussiyalarda
iştirak edəcək.
Səfər zamanı İsa Qəmbərin Almaniyadan və bir sıra digər ölkələrdən olan
siyasətçilərlə görüşləri də nəzərdə tutulub.
Baku, Müsavat partiyası, mətbuat xidməti, 16.04.2008