Müsavat Partiyasının bəyanatı

Son vaxtlar ölkədə ayrı-ayrı tanınmış insanlara qarşı repressiv hərəkətlər daha da güclənib. Belə ki, bu günlərdə tanınmış vəkil, Müsavat Divanının üzvü Osman Kazımov naməlum adamların sui-qəsd xarakterli hücumuna məruz qalıb. Bıçaq və küt alətlərlə silahlanmış həmin kriminal elementlər tanınmış və prinsipial vəkilə hücum edərək, ona ağır xəsarətlər yetirməyə çalışmışlar. Bu sui-qəsd cəhdindən çətinliklə xilas olan Osman Kazımov hazırda həkim nəzarətindədir.

Müsavat Partiyası baş verənlərdən hiddətləndiyini bildirərək, hakimiyyət orqanlarından ölkədəki xaos və özbaşınalığa, siyasi müxalifət nümayəndələrinin təqibinə son qoyulmasını, günahkarların tapılaraq cəzalandırılmasını tələb edir.

isagambar.az, 17.03.08, Bakı