Müsavat Partiyasının bəyanatı

17 avqustda Bakının Əbu-Bəkr məscidinə qumbara atılması, bu zaman həlak olanların və yaralananların olması bütün Azərbaycan ictimaiyyəti kimi, Müsavat Partiyasında da ciddi narahatçılıq doğurmuşdur. Partiya bu hadisə zamanı həlak olanların yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyir. Aydın görünür ki, Cənubi Qafqazda xaos, xof, qarşıdurma, sabitsizlik yaratmaq istəyən qüvvələr Azərbaycanda da fəaliyyətə keçiblər. Onların məqsədi ölkədaxili gərginliyi artırmaq, imkan olarsa dini və məzhəb zəminində toqquşmalar törətməkdir. Müsavat Partiyası bu məsələlərdə şimal qonşumuzun dəsti-xəttinin olmasını mümkün ehtimallar sırasına daxil edir, hakimiyyət orqanlarından jurnalistləri, siyasiləri güdmək əvəzinə getdikcə artmaqda olan bu cür təmayüllərə qarşı mübarizə aparmağı, həqiqi terroristlərin və cinayətkarların tapılıb cəzalandırılmasını tələb edir. Partiya həmçinin əhalinin bütün təbəqələrini və zümrələrini ciddi sayıqlığa, mümkün təxribat hallarının aşkarlanmasında fəal olmağa çağırır.

isagambar.az, 18 avqust 2008-ci il, Bakı