MÜSAVAT PARTİYASININ BAŞQANI ABŞ-ın ALMAN MARŞAL FONDU NÜMAYƏNDƏ HEYƏTİLƏ GÖRÜŞÜB

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün partiya qərargahında ABŞ-ın Alman Marşal Fondunun nümayəndə heyətini qəbul edib. Bu xəbər Turana partiyanın mətbuat xidmətindən daxil olub.

Mənbə nümayəndə heyətinin Azərbaycana genişləndirilmiş Avropa siyasəti proqramı çərçivəsində gəldiyini, Azərbaycanın, Cənubi Qafqaz və Qara dəniz hövzəsinin problemlərinə xüsusi diqqət göstərən qonaqların görüşdə bir sıra regional və qlobal proseslərə dair sualalr səsləndirdiyinə diqqət çəkir.

Xəbərə görə, Fondun Brüssel ofisinin direktoru Ronald Asmisin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə ABŞ, Almaniya, Fransa, İtaliya, Estoniya və s. ölkələrin ictimai-siyasi xadimləri, ekspertlər, QHT və media təmsilçiləri və o cümlədən «Vaşinqton Post» qəzetinin redaktoru Cekson Diel daxildir. Qonaqlar Azərbaycanda keçirilmiş prezident seçkilərilə bağlı ölkədə seçkilərə və seçkiöncəsi vəziyyətə böyük maraq nümayiş etdiriblər.

BAKI/18.11.08/TURAN