MÜSAVAT BAŞQANI FRANSA SƏFİRİNİ QƏBUL EDİB

Müsavat partiyasının başqanı İsa Qəmbər partiya qərargahında bu gün Fransanın Azərbaycanda səfiri Qabriel Kelleri qəbul edib. Bu xəbər Turana partiyanın mətbuat xidmətindən daxil olub. Xəbərə görə, görüşdə mövcud ictimai-siyasi durum, partiyanın qarşıdakı prezident seçkilərinə qatılmaqdan imtinasının səbəbləri və s. məsələlər barəsində fikir mübadiləsi olub.

Mənbənin məlumatına görə, görüşdə bir sıra regional məsələlər, Gürcüstanda baş verən hadisələr, Cənubi Qafqazın Avroatlantik məkana inteqrasiyası perspektivləri müzakirə edilib.

BAKI/20.08.08/TURAN