Növbəti toplantı
Yanvarın 21-də Müsavat Partiyası Divanının növbəti yığıncağı keçirilib.
Gündəlikdə partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məslələr olub. Əvvəlcə
Məclisin 27.01.2008 tarixində keçiriləcək sessiyasına hazırlıq və Məclisdə
müzakirə ediləcək məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsas müzakirə obyekti bu ilin
payızında keçiriləcək prezident seçkiləri olub. “Prezident seçkiləri və 2008-ci
ildə Müsavat Partiyasının əsas fəaliyyət istiqamətləri” adlı sənəd layihəsinin
təsdiq üçün Məclisə təqdim olunması qərara alınıb.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 90 və Əbülfəz Elçibəyin 70 illik
yubileyi ilə bağlı Məclisin son sessiyasında qəbul edilmiş qərarların icrasıyla
bağlı məsələ müzakirə edilib. Qərara alınıb ki, bu yöndə həyata keçiriləcək
tədbirlər haqqında təkliflər Məclisə təqdim edilsin.
Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 21 yanvar 2008-ci il, Bakı