İsa Qəmbərin ATƏT-in səfiri X. L. Herrero
ilə görüşü
Dünən Müsavat partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında ATƏT-in
ölkəmizdəki səfiri Xose Luiz Herrero ilə görüşüb. Səlahiyyət müddəti başa
çatmaqda olan səfirin başqanla vida görüşündə bir sıra məsələlər müzakirə
edilib. Görüşdə əsasən demokratiya və insan haqları ilə bağlı problemlər,
Ermənistan-Azərbaycan konflikti və ATƏT-in bu məsələlərlə bağlı mövqeyi müzakirə
edilib. İsa Qəmbər cənab X.L. Herreroya sonrakı fəaliyyətində uğurlar arzulayıb.
isagambar.az, 23 dekabr 2008-ci il, Bakı