MÜSAVAT PARTİYASININ İNFORMASİYA XİDMƏTİNİN MƏLUMATI

May 24-də Müsavat partiyasının qərargahında “beş”lərin toplantısı keçirilib.

Görüşdə ilk növbədə seçkiqabağı vəziyyət müzakirə edilib. İki sənəd: mövcud seçki məcəlləsinə əlavələr və dəyişikliklər haqqında demokratik qüvvələrin mövqeyini əks etdirən qanun layihəsi, iqtidarın seçki məcəlləsinə təklif etdiyi mürtəce təkliflərə demokratik qüvvələrin münasibətini əks etdirən arayış əsas kimi qəbul edilib.

“Beş”lərin qərarına əsasən “Azadlıq” blokuna təklif edilib ki, Milli Məclisin iclasına qədər bu məsələlərə ortaq mövqedən münasibət bildirmək imkanı bir daha nəzərdən keçirilsin.

İclasda seçki məcəlləsinin təkmilləşdirilməsi və seçkiqabağı mühitin demokratikləşdirilməsi istiqamətində səylərin əzmlə davam etdirilməsi qərara alınıb.

isagambar.az, 24 may 2008, Bakı