Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik
qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
İctimai müzakirələrə və tələblərə rəğmən ordudakı özbaşınalıq və ölüm hallarının
azalmaq əvəzinə son günlər daha da artması yenidən geniş müzakirə edilib. Divan
bir daha öz narahatçılığını ifadə edərək hakimiyyətdən təcili olaraq bu hallara
son qoyulmasını tələb edib.
Milli Məclisdə müzakirə olunan “2009-cu ilin dövlət büdcəsi” layihəsi geniş
müzakirə edilib və müzakirələrin nəticəsi olaraq Müsavat Partiyası adından
bəyanat qəbul edilib (bəyanatın mətni ayrıca
olaraq əlavə edilib).
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 24 noyabr 2008-ci il, Bakı