Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. İclasda müxalifətdaxili əməkdaşlıq məsələləri müzakirə edilib və məsləhətləşmələrin gedişi təqdirəlayiq qiymətləndirilib.

Divanın iclasında Gürcüstandakı vəziyyətin geniş müzakirəsi olub. Qeyd olunub ki, rus qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması elan edilsə də, bu proses xeyli ləng gedir, bəzi əhəmiyyətli bölgələrdə rus qoşunlarının qalması davam edir. Separatçı rejimlərin tanınması haqqında Rusiya Dumasının hər iki palatasının xüsusi qərar qəbul etməsi də Rusiyanın bölgə ilə bağlı təcavüzkar niyyətlərindən xəbər verir. Bütün bunlar pislənilməklə Rusiyanın Gürcüstana təcavüzünün Azərbaycana yaratdığı təhlükələr də geniş təhlil edilib və bununla bağlı partiyanın ayrıca bəyanatın hazırlanması qərara alınıb.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 25 avqust 2008-ci il, Bakı