İsa Qəmbər ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Ceyk Consla görüşüb

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Ceyk Consla görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi durum, demokratiya, insan hüquqları və söz azadlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkə Konstitusiyasına edilməsi nəzərdə tutulan antidemokratik dəyişikliklərlə bağlı məsələ də müzakirə predmeti olub. Daha sonra Müsavat Partiyası ilə Beynəlxalq Respublikaçılar İnstitutunun 2009-cu il üçün əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparılıb.

isagambar.az, 26 dekabr 2008-ci il, Bakı