İsa Qəmbər Milli Demokratiya İnstitutunun
nümayəndəsi ilə görüşdü
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında Amerika
Milli Demokratiya İnstitutunun Avroasiya üzrə regional direktoru Laura Cevetlə
görüşüb.
Görüş zamanı Azərbaycanda seçkiqabağı şərait, insan haqları, söz və mətbuat
azadlığı, seçki qanunvericiliyi və digər sahələrdə olan problemlər haqqında
fikir mübadiləsi aparılıb.
Müsavat Partiyası ilə Amerika Milli Demokratiya İnstitutunun əlaqələri və
əməkdaşlığı haqqında müzakirələr aparılıb.
Görüşdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, MDİ-nin
Bakı ofisinin rəhbəri İan Vudvord və həmin ofisin proqram direktoru Aida
Suyunduyeva iştirak edib.
isagambar.az, 27 may 2008, Bakı