Müsavat Partiyasının bəyanatı
Bu günlərdə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən
biri-Qulamrza Emani iki qardaşı ilə birlikdə avtomobil qəzasında həlak olub.
Tehran rejiminin zaman-zaman Güney Azərbaycan Milli Azadlıq Hərəkatının
fəallarına divan tutmasını, repressiyalarını, sui-qəsdlər təşkil etməsini nəzərə
alaraq, bu avtoqəza haqlı olaraq ortaya müəyyən şübhələr çıxarmışdır. Heç
təsadüfi deyil ki, hərəkat fəalları bunun sui-qəsd olduğunu iddia edirlər.
Müsavat Partiyası İranın müvafiq dövlət orqanlarından Qulamrza Emaninin ölümünün
təfərrüatlarının ciddi araşdırılmasını tələb edir və beynəlxalq birliyi bu
hadisəni diqqət mərkəzində saxlamağa çağırır.
Müsavat Emani qardaşlarının ailəsinə və bütün xalqımıza dərin hüznlə başsağlığı
verir. Millətimizin başı sağ olsun!
isagambar.az, 27 oktyabr 2008-ci il, Bakı