Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müzakirə olunan gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Gündəliyin partiyadaxili məsələlər bölümündə partiya Məclisinin növbəti sessiyasının vaxtı müəyyənləşdirilərək, onun 08 noyabr 2008-ci il tarixdə keçirilməsi qərara alınıb.

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri Qulamrza Emaninin avtomobil qəzası nəticəsində həlak olmasını təəssüflə qarşılayıb, bunun təşkil olunmuş sui-qəsd nəticəsi olması haqqında şübhələrini ifadə edib və bu haqda ayrıca bəyanat qəbul edilib.

Seçkisonrası dövr üçün müxalifətin əməkdaşlığı yönündə müzakirələr davam etdirilib.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 27 oktyabr 2008-ci il, Bakı