Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Yığıncağın əvvəlində qərarların icrası və görülən işlər haqqında məlumat verilib. Keşlə qəsəbəsində baş vermiş qəza nəticəsində bir nəfərin ölümü ilə sonuclanmış fəlakət müzakirə edilib. Bu məsələ ilə bağlı ayrıca bəyanat qəbul edilib (Bəyanatın mətni ayrıca əlavə edilir).

Daha sonra payızda keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr davam etdirilib. Seçkiöncəsi durum və partiya strukturlarının seçkilərə hazırlığı müzakirə edilib və müvafiq göstərişlər verilib.

Gündəliyin partiyadaxili məsələlər bölümündə Məclisin avqustun 2-də keçiriləcək sessiyası haqqında fikir mübadiləsi aparılıb. Məclisdəki boş qalmış yerlərə seçkilər üzrə 37 nəfərdən ərizə daxil olduğu haqda məlumat verilib.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 28 iyul 2008-ci il, Bakı