Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantını
giriş sözü ilə açan Müsavat Partiyasının Başqanı İsa Qəmbər Ramazan bayramı
münasibəti ilə Divan üzvlərini, müsavatçıları və bütün Azərbaycan xalqını bir
daha təbrik edib. Sonra qərarların icra vəziyyəti və görülən işlərə baxılıb.
Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Müsavat
Partiyasının digər siyasi qüvvələrlə əməkdaşlıq perspektivləri, Müxalifətin
Əməkdaşlıq Mərkəzinin yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan tədbirləri ilə
bağlı fikir mübadiləsi aparılıb.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 29 sentyabr 2008-ci il, Bakı