Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik
qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
Dekabrın 24-də Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilmiş piketdə
iştirak etmiş müsavatçı gənc Murad Kərimovun sonradan naməlum şəxslər tərəfindən
döyülməsi kəskin şəkildə qınanılıb və hüquq-mühafizə orqanlarından
cinayətkarların tapılıb cəzalanadırılması tələb edilib. Divan bu məsələni
diqqətdə saxlayacağını qeyd edib və ayrıca bəyanat qəbul edib.
Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılmış “Təhsil Haqqında Qanun”
ətrafında fikir mübadiləsi aparılıb və bu barədə
bəyanat qəbul edilib.
2009-cu ilin martın 18-də Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı
keçiriləcək referendum haqqında ilkin fikir mübadiləsi aparılıb. Bu
antidemokratik və Azərbaycanın köklü maraqlarına zidd dəyişikliyin qarşısını
almaq məqsədi ilə əhalinin fəallaşdırılması və ictimai-siyasi qüvvələrin birgə
fəaliyyətinin təşkili ilə bağlı iş planı müzakirə edilib. Divan nəzərdə tutulan
dəyişikliklərilə bağlı Müsavat Partiyasının mövqeyinin xalqa çatdırılması üçün
İctimai Televiziyadan efir vaxtı istəyib.
Yığıncağın sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 29 dekabr 2008-ci il, Bakı