Müsavat Partiyasının bəyanatı

Bu ilin mart ayında Amerika Milli Demokratiya İnstitutu Bakı nümayəndəliyinin Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla əməkdaşlıq çərçivəsində Gəncə şəhərində Müsavat Partiyası fəalları ilə kecirməyi planlaşdırdığı seminar polis və yerli icra hakimiyyəti strukturlarının müdaxiləsi nəticəsində baş tutmamışdır. Bu hadisədən sonra yerli hakimiyyət strukturlarının icarədara təzyiqi nəticəsində Müsavat Partiyası Gəncə təşkilatı icarəyə götürdüyü mənzil-qərargahdan çıxarılmışdır.

Müsavat Partiyasının Divanı Amerika MDİ-nin fəaliyyətinə zorakı müdaxiləyə, eyni zamanda partiyanın Gəncə təşkilatının qərargahının əlindən alınmasına ciddi etirazını bildirməklə yanaşı, beynəlxalq və yerli təşkilatların fəaliyyətinə zorakı müdaxilələrə son qoyulmasını, partiyanın Gəncə təşkilatının normal fəaliyyətinə şərait yaradılmasını tələb edir.

isagambar.az, 31.03.08, Bakı