Müsavat Partiyasının son günlər Naxçıvanda baş verən repressiyalara etiraz bildirən bəyanatı
“Naxçıvanda başqa cür düşünənlərə qarşı repressiyalar davam edir. İyunun
25-də Açıq Cəmiyyət Partiyasının Naxçıvan təşkilatının üzvü Niyazi Qasımov
naməlum şəxslər tərəfindən başına torba keçirilərək zorla maşına əyləşdirilib və
Naxçıvandan 8-10 km aralıda, Duzlaq deyilən bir yerdə ölümlə təhdid edilmiş,
möhkəm döyülmüş və ciddi bədən xəsarətləri yetirilmişdir.
Bu gün isə Naxçıvan polisi AXCP fəalı Fərid Əliyevi saxlayaraq Kələkiyə, Ə.
Elçibəyin ad günü mərasiminə getdiyi üçün onu hədələmişdir.
Bütün bunlar onu göstərir ki, Naxçıvanda repressiv rejim öz bəd əməllərini davam
etdirməkdə və Naxçıvanın başqa cür düşünən tanınmış adamlarını zorakı üsullarla
susdurmağa çalışmaqdadır.
Müsavat Partiyası xalqımızı gözdən salan bu cür vəhşi hərəkətlərə qarşı
etirazını bildirir və günahkar şəxslərin tapılıb dərhal cəzalandırılmasını tələb
edir”.
isagambar.az, 01 iyul 2009-cu il, Bakı