Növbəti toplantı
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların
icrası, görülən işlər, partiyadaxili, ictimai-siyasi vəziyyətə dair məsələlərdən
ibarət olub.
Əvvəlcə Mayın 28-də Respublika Günü ilə bağlı Novxanı qəsəbəsində keçirilmiş
tədbir haqqında məlumat verilib.
10 iyun 2009-cu il tarixdə “Məhəmməd Əmin Rəsulzadə və təhsil” mövzusunda
konfrans keçirilməsi haqqında qərar qəbul edilib.
Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanması və İran
Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin ölkəmiz haqqında həqarətə yol
verməsi, onu təhdid etməsinə etiraz olaraq 02 iyun 2009-cu il tarixdə bu ölkənin
səfirliyi qarşısında piket keçirilməsinə qərar verilib.
Orduda son zamanlar baş vermiş hadisələr, o cümlədən Qaraheybətdəki hərbi
hissədə əsgərlərin kütləvi şəkildə zəhərlənməsi, digər hərbi hissələrdə
əsgərlərin öz əsgərlərimiz tərəfindən öldürülməsi ciddi narahatlıq doğurub.
Müsavat Partiyası iqtidardan baş verənləri obyektiv şəkildə araşdırılmasını,
günahkarların cəzalandırılmasını və gələcəkdə belə halların baş verməməsi üçün
ciddi tədbirlər həyata keçirməsini tələb edir.
Milli Məclisin son toplantısında baş vermiş xoşagəlməz hadisə də müzakirə olunan
məsələlərin sırasında olub. Divan Milli Məclisin sədri və onun müavinləri
tərəfindən müsavatçı deputatların çıxışlarına əngəllər törədilməsini, onlara
qarşı nalayiq ifadələr işlədilməsini kəskin pisləyib və bunlara son verilməsi
zərurəti haqqında Parlament rəhbərliyinə xəbərdarlıq edib.
01 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Divan Azərbaycan
uşaqlarını təbrik edib.
6 aylıq ABŞ səfərindən qayıtmış Qubad İbadoğlu bu haqda Divan üzvlərinə ətraflı
məlumat verib.
Yığıncağın sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 01 iyun 2009-cu il, Bakı