Növbəti görüş

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri cənab Ceyk Consla görüşüb. Cənab Cons İsa Qəmbərlə görüşündə ona bu ilin noyabrın 30-da Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin Azərbaycanda fəaliyyətinin dayandıracağı haqda məlumat verib.

Müsavat Başqanı Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin ölkəmizdə fəaliyyətinin dayandırılmasından təəssüfləndiyini və ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsi, eləcə də demokratiya və azadlıqlarla bağlı problemlərin diqqətdə saxlanılması baxımından ofisin işini davam etdirməsinin daha məqsədəuyğun olduğunu bildirmişdir.

Görüşdə iştirak edən tərəflər məsləhətləşmələrin və Müsavat Partiyası ilə BRİ-nin əməkdaşlığının istənilən halda davam etdirilməsi barədə fikirlərini bildiriblər.

isagambar.az, 03 noyabr 2009-cu il, Bakı