İsa Qəmbər Fridrix Ebert Fondunun koordinatoru ilə görüşüb

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında Almaniyanın Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə təmsilçisi Matias Jobelius və həmin fondun Azərbaycan üzrə koordinatoru Rəşad Hüseynli ilə görüşüb. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları, söz və mətbuat azadlığı, eləcə də Fridrix Ebert Fondunun Cənubi Qafqazda fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

isagambar.az, 04 may 2009-cu il, Bakı