Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantının
əvvəlində qərarların icrası və görülən işlər haqqında məlumat dinlənilib.
Partiyadaxili məsələlərin müzakirəsi zamanı bələdiyyə seçkilərinə hazırlıq
məsələləri barədə geniş fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul
edilib.
İclasda referendumdan sonrakı vəziyyət və Vətəndaş hərəkatının fəaliyyəti barədə
məlumat dinlənilib. O cümlədən bu gün Apellyasiya Məhkəməsinin, Vətəndaş
Hərəkatının müraciətinə tələm-tələsik baxış keçirməsi və mənfi qərar verməsi
müzakirə edilib və qətiyyətlə pislənilib. Divan hüquqi prosesin dəvəm
etdirilməsini qərara alıb.
Sonra beynəlxalq məsələlərə geniş yer ayrılıb və bu zaman böyük “iyirmilər”in
görüşü, NATO zirvəsi və nəhayət ABŞ prezidenti Barak Obamanın Türkiyəyə rəsmi
səfəri ətraflı müzakirə edilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 06 aprel 2009-cu il, Bakı