Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Almaniyanın Azad Demokratlar Partiyasının Sədri, Almaniyanın vitse-kansleri, Xarici İşlər Naziri G. Westerwellenin Müsavat Partiyası Başqanına cavab məktubu Divan üzvlərinə təqdim olunub.

Gündəlikdə əsas müzakirə olunan məsələ Bələdiyyə seçkiləri ilə bağlı olub. Namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra son durum dəyərləndirilib. Partiyanın öz namizədlərinin təbliğat və təşviqatı üçün görəcəyi işlər müzakirə edilib. 09 dekabr 2009-cu il tarixində partiyanın qərargahında müsavatçı namizədlərlə keçiriləcək toplantıya hazırlığın gedişatı haqqında məlumat verilib.

Daha sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı təşkil olunacaq təntənəli toplantının keçirilməsi haqqında qərar qəbul edilib və konkret tapşırıqlar verilib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 07 dekabr 2009-cu il, Bakı