Almaniya, Azad Demokratlar Partiyasının Sədri Guido VesterVelle cənablarına

Hörmətli cənab Sədr!

Azad Demokratlar Partiyasını son Parlament seçkilərində yüksək nəticə göstərərək uğur qazanması münasibəti ilə ürəkdən təbrik edirəm.

Müsavat Partiyası bu uğuru həm liberal dəyərlərin öz gücünü göstərməsinin daha bir sübutu kimi, həm də Azad Demokratlar Partiyasının rəhbərliyinin aydın və qətiyyətli siyasətinin nəticəsi kimi dəyərləndirir.

Avropa Liberal Demokrat İslahat Partiyaları İttifaqının (ELDR Party) üzvü olan Müsavat Partiyası Azad Demokratlar Partiyasının Almaniya koalisyon hökumətində təmsil olunmasına və Sizin ən mühüm postlardan biri olan vitse-kansler ve Xarici İşlər naziri vəzifəsini tutmağınıza çox böyük önəm verir.

İnanırıq ki, Azad Demokratlar Partiyasının bu uğuru və hakimiyyətdə təmsil olunması Almaniyanın daha sürətli inkişafına, Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına öz müsbət təsirini göstərəcək.

Hörmətlə,
İsa Qəmbər
Müsavat Partiyasının Başqanı


Azərbaycan, Müsavat Partiyası Başqanı, Cənab İsa Qəmbərə

Hörmətli cənab Qəmbər,

Bundestaqa seçkilərdə uğulu nəticə ilə bağlı təbrikinizə ürəkdən təşəkkür edirəm. Sizin səmimi mətubunuzu almağa çox məmnun oldum.
Biz seçkilərdə indiyə qədər ən yaxşı nəticə əldə etməyimizə, seçicilərin bizə göstərdiyi etimada çox minnətdarıq və bu etimadın doğurduğu məsuliyyəti qəbul etməyə çox şadıq.

Bizim seçki manifestimizi xarakterizə edən liberal prinsiplər -- ləyaqətli nailiyyət, dünyaya öncül baxış və tolerantlıq -- bundan sonrakı fəaliyyətimizdə də bizim yol göstərən kompasımız olaraq qalacaqlar.

Təbrikinizə görə Sizə bir daha təşəkkür edirəm.

Səmimi hörmətlə,

Azad Demokratlar Partiyası Sədri G. Vestervelle

isagambar.az, 07 dekabr 2009-cu il, Bakı