MDİ nümayəndəsi ilə görüş

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Arien de Volfla görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, söz azadlığı, həbsdə olan jurnalistlərin durumu, 18 mart 2009-cu ildə ölkədə keçiriləcək referendum və 2009-cu ildə Müsavat Partiyası ilə Milli Demokratiya İnstitutu arasında qarşılıqlı əməkdaşlıq mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb.

isagambar.az, 08 yanvar 2009-cu il, Bakı

İsa Qəmbər NDI nümayəndəsi ilə görüşdə