İsa Qəmbər Preston Lindlerlə görüşdü
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ-ın
Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Cənubi Qafqaz üzrə nümayəndəsi
Preston Lindleri qəbul edib.
Görüşdə demokratiya və insan haqları ilə bağlı vəziyyət, dekabr ayında
keçiriləcək bələdiyyə seçkiləri, gənc bloggerlərin məhkəməsi və digər məsələlər
müzakirə edilib.
Görüşdə həmçinin Azərbaycandakı ictimai-siyasi durum, İRİ ilə Müsavat
Partiyasının əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və İRİ
Bakı ofisinin rəhbəri Ceyk Cons iştirak edib.
isagambar.az, 08 sentyabr 2009-cu il, Bakı