Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Gündəlikdə müzakirə olunan əsas məsələ 18 mart referendumu ilə bağlı olub. İndiyədək keçirilmiş görüşlər, radio və televiziya çıxışları haqqında fikir mübadiləsi aparılıb. Təşviqat materiallarının yayılmasının vəziyyəti müzakirə edilib və qeyd olunub ki, yerlərdə hakimiyyət nümayəndələri “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qruplarının plakatlarının yapışdırılmasına mane olurlar. Keçiriləcək görüşlərin təşkili və təşviqat bukletlərinin paylanması üçün müvafiq tapşırıqlar verilib.

“Kütləvi İnformasiya Haqqında” qanuna edilmiş dəyişikliklər mənfi qiymətləndirilib. Qeyd edilib ki, iqtidar cəmiyyətin diqqətinin referendum müzakirələrinə yönəlməsindən istifadə edərək, mövcud qanuna mürtəce əlavələr edib.

Martın 13-də Milli Məclisdə hökumətin illik hesabatının dinlənilməsi olacağını nəzərə alaraq, Divan Müsavat Deputat Qrupunun deputatlarına hökumətin fəaliyyəti ilə bağlı partiyanın mövqeyinin bildirilməsi üçün tövsiyyələr verib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 09 mart 2009-cu il, Bakı