Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra bələdiyyə seçkilərinin gedişi
müzakirə olunub. Qeyd edilib ki, son günlər ayrı-ayrı rayonlarda Müsavat
Partiyasının namizədlərinə qarşı təqib-və təzyiqlər başlayıb. Vəzifəli şəxslər
partiyanın namizədlərinə və onların yaxınlarına təzyiq edərək, işdən
çıxarılacaqları ilə hədələyərək namizədliklərini geri götürməyi tələb edirlər.
Bununla bağlı Divan bəyanat qəbul edib
(bəyanatın mətni ayrıca yayılır).
Sonra 2010-cu ilin Dövlət Büdcəsi layihəsi haqqında fikir mübadiləi aparılıb və
tənqidi fikirlər səsləndirilib. Toplantıda bu məsələ ilə bağlı da xüsusi bəyanat
qəbul olunub (bəyanatın mətni ayrıca yayılır).
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 09 noyabr 2009-cu il, Bakı