Müsavatın “Respublikaçılar” təşviqat qrupunda AXCP və digər təşkilatlar da iştirak edəcəklər

“Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatının təşviqat qrupları yaratmaq istiqamətində fəaliyyəti davam edir. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının verdiyi məlumata görə, sözügedən prosesdə Müsavat Partiyası da yaxından iştirak edir və müzakirələr nəticəsində dünən bəzi yeni razılaşmalar əldə olunub. Bu razılaşmalara görə Müsavat Partiyası “Qarabağ və Respublika Uğrunda” adlandırılması nəzərdə tutulan təşviqat qrupunun yaradılması prosesində iştirak etdiyi kimi, AXCP və digər təşkilatlar da Müsavat Partiyası tərəfindən elan olunmuş “Respublikaçılar” Təşviqat qrupunun yaradılması prosesində iştirak edəcəklər.

isagambar.az, 11 yanvar 2009-cu il, Bakı