İsa Qəmbər ATƏT-in səfiri ilə görüşüb
Müsavat Partiyasının başqanı İsa Qəmbər ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə
Cankorellə görüşüb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə,
görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları ilə
bağlı durum, dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri müzakirə edilib.
Tərəflər, həmçinin Cənubi Qafqaz regionunda yaranmış son durum və bir sıra digər
vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
isagambar.az, 12 dekabr 2009-cu il, Bakı