Müxalifətin icazəsiz toplaşdığı yeganə
yer...
İsa Qəmbərə «yaşıl işıq»
«Facebook»un «online chat» – söhbət bölməsində «Müsavat» partiyasının başqanı
İsa Qəmbərin adının qarşısında çox vaxt yaşıl işıq yanır. Bu o deməkdir ki, İsa
Qəmbər səhifədədir. Bir neçə aydır ki, «Facebook»a gələn partiya başqanı deyir
ki, bu şəbəkə onunçün yeni ünsiyyət, paylaşma imkanları açır: «Mən bu üsulu
başqa siyasətçilərə də məsləhət görərdim».
«Müsavat» Partiyası sonuncu dəfə Bakıda mitinqi üç il əvvəl keçirib.
Hakimiyyət şəhərin mərkəzində kütləvi aksiyalara qadağa qoyub, deyir ki,
sakinlərin narahatlığı pozulur.
Ülviyyə Əsədzadə, Azadlıq Radiosu, 10.12.2009
http://www.azadliq.org/content/article/1900751.html