Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəliyin əsas
mövzusu 18 Mart Referendumu ilə bağlı olub. Referendum kampaniyası çərçivəsində
“Respublikaçılar” təşviqat qrupunun fəaliyyəti, seçicilərlə görüşlərin yekunları
və keçirilmiş radio-televiziya debatları haqqında fikir mübadiləsi aparılıb və
bu mərhələ dəyərləndirilib. Bu mərhələdə hakimiyyət tərəfindən yol verilmiş
çoxsaylı pozuntular qeyd olunub və Vətəndaş hərəkatının seçicilərə referenduma
getməmək haqqında çağırışı bir daha təqdir edilib.
Toplantının ikinci hissəsində “Respublikaçılar” təşviqat qrupunun vəkilləri və
səlahiyyətli nümayəndələr də iştirak ediblər. Referendum günü müşahidə işinin
təşkili üçün son təlimat və tapşırıqlar verilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 16 mart 2009-cu il, Bakı