ABŞ-ın Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Ceyk Consla görüş
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ-ın
Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Ceyk Consla görüş keçirib.
Görüşdə iqtidarın QHT, KİV, dini qurumlar və digər sahələrlə bağlı qanunlarda
qanun dəyişiklikləri təşəbbüsü, qarşıdan gələn bələdiyyə seçkiləri və İnstitutla
partiya arasında əməkdaşlığın davamı haqqında fikir mübadiləsi aparılıb.
isagambar.az, 16 iyun 2009-cu il, Bakı