GÖRÜŞ
Bu gün Müsavat Partiyasının qərargahında İsa Qəmbər Müsavat Deputat Qrupu ilə
növbədənkənar görüş keçirib. Görüşdə son günlər Milli Məclisdə qəbul olunan
qanunun sonradan saxtalaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Bu saxtakarlığın ciddi korrupsiya faktı olması ilə yanaşı dövlətçiliyimizə,
hüquqi dövlət anlayışına zidd olduğu vurğulanıb.
Görüşdə qeyd olunan məsələ ilə əlaqədar ictimai müzakirələrin davam etdirilməsi,
müvafiq məhkəmə orqanlarına müraciət edilməsi qərara alınıb.
isagambar.az, 16 dekabr 2009-cu il, Bakı